"Elmlər Akademiyası"nın əsas çıxışı vaxtından əvvəl açılacaq

"Elmlər Akademiyası" metro stansiyasının 1-ci vestibülündə təmir işləri başa çatmaq üzrədir. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, hazırda stansiyada təmir işlərinin əksər hissəsi görülüb: "Əslində stansiyanın açılışı oktyabr ayına planlaşdırılmışdı. Sentyabrın 15-də yeni dərs ilinin başlamasını, xüsusilə də "Elmlər Akademiyası" stansiyasında sıxlıq yaranacağını nəzərə alaraq, yaxın günlərdə stansiyanın açılışı nəzərdə tutulur".
Qeyd edək ki, vestibülün bağlanmasına səbəb 3 eskalatorun istismar müddətini başa vurması olub. Buna görə də həmin vestibüldəki hər 3 eskalator sökülərək yeni, müasir eskalatorlarla əvəzlənir. Eskalatorla yanaşı, stansiyanın birinci vestibülü də təmir edilir.
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB












