"Embawood"un əməkdaşını qətlə yetirib maşını yandıran şəxs tutulub
Gündəm
4 Yanvar 2018 10:26

Araşdırmalar davam etdirilir
Ağstafa rayonunda Gəncə sakini 1977-ci il təvəllüdlü Samir Fikrət oğlu Əliyevi qətlə yetirərək maşınını yandıran şəxs saxlanılıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu, Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Mustafayev Elçin Məmməd oğludur. Qeyd edək ki, qətlə yetirilən şəxs "Embawood" firmasında çalışırmış. Hadisə Ağstafa rayonunun Xətai kəndində baş verib. Meyitin boğaz nahiyəsində bir, kürək nahiyəsində isə bir neçə bıçaq xəsarəti olub. Qətlə yetirilmiş şəxsə məxsus olan "VAZ-2104" markalı avtomobil meyitin aşkar edildiyi yerdən, təxminən 1,5 kilometr kənarda yandırılıb. Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Oxunub : 984
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 22:47
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
14 Oktyabr 2026 22:08
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
14 Oktyabr 2026 21:52
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
14 Oktyabr 2026 21:21
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
14 Oktyabr 2026 18:30
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
14 Oktyabr 2026 18:00
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
14 Oktyabr 2026 17:25
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
14 Oktyabr 2026 17:00
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
14 Oktyabr 2026 16:41
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
14 Oktyabr 2026 12:00
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
14 Oktyabr 2026 08:45
Bu yollarda tıxac var - SİYAHI
13 Oktyabr 2026 20:35
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
ŞƏRH YAZ












