Əməkdar artistin maşınının şüşələrini niyə sındırdılar? - TƏFƏRRÜAT

Bakıda əməkdar artistin avtomobilinin şüşələrinin naməlum şəxs tərəfindən sındırılması hadisəsinin təfərrüatları məlum olub. Lent.az xəbər verir ki, Səbail rayon Tərlan Əliyarbəyov küçəsində Səlim Abbasova məxsus "BMW" markalı avtomobilin şüşələrinin oğurluq məqsədi ilə sındırıldığı aydınlaşıb. Bəlli olub ki, oğru maşının salonundakı skripkaları götürmək üçün yan şüşəni sındırıb və dərhal musiqi alətlərini götürüb. Bu zaman Səlim Abbasov telefonla danışa-danışa binadan çölə çıxıb və oğrunun skripkaları götürüb qaçdığını görüb. Musiqiçi onu tutmağa çalışıb və ələ keçəcəyini görən oğru alətləri yerə ataraq qaçıb. S.Abbasov dərhal Səbail rayon Polis İdarəsinə müraciət edib.
Qeyd edək ki, Səlim Abbasov tanınmış skripka ifaçısı və Azərbaycanın əməkdar artistidir.
*****
10:39
Bakıda əməkdar artistin avtomobilinin şüşələri sındırılıb. Lent.az xəbər verir ki, Səbail rayon Tərlan Əliyarbəyov küçəsində Səlim Abbasova məxsus "BMW" markalı avtomobilin şüşələri naməlum şəxs və ya şəxslər tərəfindən sındırılıb. Avtomobildən oğurluq edilməsə də, S.Abbasova məxsus 2 skripka götürülərək yolun kənarına atılıb. Səlim Abbasov üzləşdiyi hadisə ilə bağlı polisə müraciət edib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













