Banner

Qar fırtınası nəqliyyatın hərəkətini iflic edib

Xəbərlər 7 Yanvar 2026 18:36
Qar fırtınası nəqliyyatın hərəkətini iflic edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İspaniyada yağan güclü qar 40 avtomobil yolunda nəqliyyatın hərəkətində fasilələrə səbəb olub, ağır nəqliyyat vasitələrinin və avtobusların hərəkətinə məhdudiyyətlər tətbiq edilib.

Avtosfer.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

İspaniyada əlverişsiz hava şəraiti səbəbindən səkkiz avtomobil yolunun bəzi hissələri bağlıdır, Leon və Astorqadakı yollarda məhdudiyyətlər qüvvədədir.

Qvadalaxara əyalətində (Kastilya-La Mança) şiddətli soyuqlar səbəbindən qırmızı təhlükə səviyyəsi elan edilib, minimum temperatur -14 dərəcəyə enib. Beş yaşayış məntəqəsində güclü qar səbəbindən sarı təhlükə səviyyəsi (aşağı risk) elan edilib.

Oxunub 356
ŞƏRH YAZ
Ad

E-mail

Şərh