Emin Hüseynova bu dəfə Hikmət Hacıyevdən şillə kimi cavab - VİDEO

Münhen Təhlükəsizlik Konfransının keçirildiyi məkanın qarşısında durub, yalnız Azərbaycan rəsmi nümayəndə heyətinə sual verməkdən daha çox, sual verməyə cəhdlə gündəmə gəlməyə çalışan Emin Hüseynov növbəti sərrast cavabı Prezidentin köməkçisi Hikmət Hacıyevdən alıb.
Avtosfer.az xəbər verir ki, Emin Hüseynov bu dəfə də Hikmət Hacıyevə yaxınalaşaraq, sual vermək üçün icazə istəyib.
Hikmət Hacıyev isə “yox” deyərək, yoluna davam edib.
Buna baxmayaraq, Emin Hüseynov “azad mətbuat” (bundan öncə Prezident İlham Əliyevə “müstəqil media” sözünü işlətmiş və cavabını almışdı - red.) məsələsini yenidən hallandırıb. H.Hacıyev isə “Mən sizi azad mətbuat hesab etmirəm, siz azad mətbuat deyilsiniz” deyə vurğulayıb.
Qeyd edək ki, Emin Hüseynov 2014-cü ildə külli miqdarda mənimsəməyə görə axtarışdadır və o, Azərbaycandan qadın paltarı geyinərək qaçıb. Bu barədə isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva onun özünə xatırladıb./baku.post
İsrail ŞOK siyahı yaydı – Onlar da ÖLDÜRÜLƏCƏK - FOTO
Pezeşkian bu gün üzr istəyir, sabah İran yenə qonşularına dron hücumu edir - POLİTOLOQ
ABŞ-İsrail qüvvələri açıqladıqlarının əksinə, İranı niyə məğlub edə bilmir? – Ekspertlər ŞƏRH ETDİ
Prezident pensiyalarla bağlı QANUNA DƏYİŞİKLİK ETDİ
36 ildir Prezidentin təhlükəsizliyini təmin edir - Bu gün yubileyidir
Ramazan ayının iyirminci gününün duası - İmsak və iftar vaxtı
Prezident İlham Əliyev Türkiyəyə raket hücumunu qınadı
"Türkiyəyə raket hücumunu qətiyyətlə pisləyirik" - Azərbaycan MN
Sovet Azərbaycanında 8 Mart təbliğatı - FOTOLAR
Ramazan ayının on doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib










