Ən aktiv zəlzələ ocaqları açıqlandı - Azərbaycanda

Azərbaycanda ən aktiv zəlzələ ocaqlarının adları açıqlanıb. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, ən aktiv zonalar Böyük Qafqazın cənub-şərq yamacında, Şamaxı, İsmayıllı, Talış dağları və Xəzərdədir.
Onun sözlərinə görə, indiyə kimi baş verən zəlzələlərin hamısı zəif təkanlardır. Q.Yetirmişli qeyd edib ki, bir həftə öncə Pirqulu ərazisində bir gündə 93 zəif təkan baş verib. Ötən gün baş verən zəlzələdən sonra İmişlidə xırda təkanlarla enerji boşalması gedir:
“Seysmik cəhətdən zəif olan İmişlidə təkanlar olmayıb. Saatlı, Sabirabadda, İmişlidə tarixən güclü zəlzələlər baş verib. Ancaq müəyyən dövrdə seysmik cəhətdən zəif hesab olunan zonada da güclü təkanlar baş verir”.
Q.Yetirmişli qeyd edib ki, bu ilin 7 ayı ərzində seysmik cəhətdən ən aktiv zonalar Şamaxı, İsmayıllı və Xəzər dənizində olub.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












