Banner

Ən çox qəza baş verən ərazilərin xəritəsi hazırlanacaq - İSB-dən YENİ LAYİHƏ - VİDEO

Gündəm 10 Fevral 2026 21:15
Ən çox qəza baş verən ərazilərin xəritəsi hazırlanacaq - İSB-dən YENİ LAYİHƏ - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illər ölkə ərazisində bir sıra dairələr, yolayrıcları və digər kəsişmələr var ki, həmin hissələrdə tez-tez qəzalar baş verir. Bunun qarşısını almaq üçün qurumları tədbirlər görsə də, hələ də bəzi yerlərdə problemlərə rast gəlinir.

Fevralın 10-da “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının (İSB) 2025-ci ildə icra olunmuş strateji layihələr üzrə hesabatının media nümayəndələri üçün təqdimatı zamanı da yaranan problemlə əlaqədar sualar səsləndirib.

Tədbirdə Avtosfer.az-ın qəza ocaqlarının aradan qaldırılması istiqamətində hansısa təklif və layihələrin olub-olmaması ilə bağlı sualını cavablandıran İSB-nin İcraçı direktoru Vüsal Məsiyev bildirib ki, əslində bu məsələ büronun mandatı daxilində deyil:

“Müvafiq qurumlar var, bu problemin aradan qaldırılması onlara aid olan işlərdir. Amma biz istəyir ki, İcbari Sığorta Bürosunun burda töhfəsi olsun. “Hadisələrin xəritəsi” adlı bir layihə düşünürük. Bilirsiniz ki, icbari sığortanın növləri üzrə hadisələrin qeydiyyatı büronun elektron sistemində toplanır. Ona görə də Məkrəzi Bankala birlikdə bu mövzunu bir neçə dəfə müzakirə etmişik. Ona görə də sizin qeyd etdiyiniz kimi, qəza ocaqlarının xəritəsinin çıxarılması ilə bağlı layihəmiz olacaq. Bu həm sığorta şirkətləri üçün də maraqlı məlumat olar. Amma bunu ayrıca olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Daxili işlər Nazirliyi ilə də paylaşmaq istərdik. Çünki bu məlumatlar həmin qurumlar üçün də faydalı olar. Bu məlumatı həm sektor, həm də dövlət qurumları üçün hazırlamağı düşünmüşük”.

Səfər

Oxunub 270
ŞƏRH YAZ
Ad

E-mail

Şərh