Ən çox şikayət edilən marşrut xətlərinin siyahısı - RƏSMİ

202 nömrəli marşrutda qadınla sürücü arasında mübahisə düşüb. Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 141 qaynar xəttinin mətbuat katibi Rauf Mirqulamov Cebhe.info-ya açıqlamasında bu haqda məlumat verib. R.Mirqulamov Qaynar Xəttə daxil olan zənglərlərin bir qisminin şikayət, bir qisminin isə məlumat xarakterli olduğunu deyib:“Gün ərzində Qaynar Xəttimizə təxminən 150-yə yaxın zəng daxil olur. Şikayətlərin əsas məzmunu yüksək sürət, dayanacaqdan kənar saxlama, sərnişinlərlə düzgün rəftar edilməməsidir”.
R.Mirqulamovun sözlərinə görə, son günlər daha çox 202, 211, 36, 48, 91, 93, 85,11, 124 nömrəli marşrut xətlərindən şikayətlər daxil olub. Bununla yanaşı bəzi xətlər üzrə intervalın uzun olması da sərnişinlərin şikayətinə səbəb olub.
R.Mirqulamov onu da qeyd edib ki, ən çox şikayət 202 nömrəli marşrut xəttindən daxil olub. Elə bu gün də qaynar xəttə belə bir şikayət daxil olub: “Şikayətlərin böyük qismi 202 nömrəli marşrut xəttindən daxil olub. Şikayətçi qadın sürücünün onunla kobud rəftar etdiyini iddia edib. Məsələ ilə bağlı araşdırma aparırıq. Qarşı tərəfin də fikrini öyrənəcəyik”.
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”











