Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA

Azərbaycanda aztəminatlı ailələrin sosial təminatının yaxşılaşdırılması üçün dövlət tərəfindən pul yardımı göstərilir. Ünvanlı dövlət sosial yardımı adlanan bu yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır.
Qeyd edək ki, Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.
Avtosfer.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025-ci ilin əvvəlində Azərbaycanda 334 mindən çox şəxs ünvanlı dövlət sosial yardımı alıb.
Statistikaya görə, bir nəfərə düşən orta aylıq ünvanlı dövlət sosial yardımın məbləği 107.52 manat olub.
Sosial yardım alan vətəndaşların sayına görə birinci olan region Lənkəran-Astara iqtisadi rayonudur. Burada 55651 nəfərə sosial yardım verilir.
Bakıda isə ünvanlı sosial yardım alan vətəndaşların sayı 43559 nəfərdir.
Digər regionlardan ünvanlı sosial yardım alanların sayına görə öndə olanlar Gəncə-Daşkəsən (30817 nəfər), Mərkəzi Aran (31141 nəfər) və Qazax-Tovuzdur (29441 nəfər).
Rayonlara gəldikdə, sosial yardım alanların sayına görə Lənkəran və Masallı rayonları birinci və ikinci yerləri bölüşür. Hər iki rayonda 12 min nəfərdən çox vətəndaş ünvanlı sosial yardım alır.
Gəncə şəhəri 11625 nəfərlə üçüncü yerdədir.
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
Paytaxtda 20 istiqamətdə tıxac var - SİYAHI
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək - FOTOLAR
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO










