Ər-arvadı avtomobillə vurub öldürən DSMF əməkdaşına hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əhəd Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hakim Mayıl Bayramovun sədrlik etdiyi iclasda hökm elan edilib. Hökmə əsasən, Ə.Həsənov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, prokuror Ə.Həsənovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. İttihama görə, Ə.Həsənov 14 sentyabr 2017-ci il tarixdə Bakı-Qazax yolunda, Hacıqabul rayonu ərazisində idarə etdiyi "İnfiniti G37" markalı avtomobillə yolu keçmək istəyən İmran Ağayev və onun həyat yoldaşı Rəqiyyə Əzizovanı vurub. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb. Ə.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.
Ə.Həsənov Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsinin Sosial Sığorta sektorunun məsləhətçisi olub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












