Ər qaynar suyu arvadının üstünə tökdü, atasının qapısına atdı - Bərdədə

Bərdə rayonunda ər arvadına dözülməz işgəncələr verib. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, hadisə rayonun Ləmbəran kəndində qeydə alınıb. İki uşaq anası olan 23 yaşlı qadın əri tərəfindən verilən işgəncələrdən sonra ata evinin qapısının önünə atılıb. 1993-cü il təvəllüdlü Məmmədova Məsmə Hafiz qızı naməlum səbəbdən əri tərəfindən od götürmək üçün olan maşa ilə döyülüb. Daha sonra əri samovardakı qaynar suyu M.Məmmədovanın üstünə töküb.
Bununla ürəyi soyumayan ər həyat yoldaşının başını balta ilə kəsmək istəyib. Ancaq qonşuların müdaxiləsi ilə bunun qarşısı alınıb.
Bütün bunlardan sonra M.Məmmədova körpə uşağının biri ilə Bakıya gətirilib. Onu Binəqədi rayonunun Çiçək qəsəbəsində yerləşən ata evinin qapısına atıblar. Ağır xəsarətlər alan qadının yaxınları onu xəstəxanaya huşsuz halda çatdırıblar.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır. Cinayət işi başlanılıb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












