Ərdoğanın pilotları onun həyatını belə qurtarıb - ŞOK GİZLİNLƏR

Çevrilişə cəhd edən FETÖ terror qruplaşmasının üzvlərini çaşdırmaq üçün üçün Dalaman Hava Limanından 3 təyyarənin eyni vaxtda havaya qalxdığı ortaya çıxıb. 15 iyul, 2016-cı il Türkiyədə dövlət çevrilişi cəhdindən saatlar öncə xuntaçı hərbçilər Ankaradakı prezident kompleksindən Ərdoğanın 15 illik xüsusi pilotuna zəng edərək prezidentinin tətil dönüşü Ankaraya gələrkən istifadə edəcəyi marşrut xəttini soruşublar. Ərdoğanın keçmişdə hərbçi olmuş xüsusi pilotu isə marşrutun hələlik məlum olmadığını bildirib və marşrut xətti məlum olsaydı belə, bu haqda məlumat verə bilməyəcəyini deyib: "Marşrut xətti məlum olsa belə, bu haqda heç kəsə məlumat vermərəm. Axı siz marşrutu nə edəcəksiniz? Bu günə qədər heç kim bizdən uçuşdan öncə bu haqda bir şey soruşmayıb. Təhlükəsizlik üçün marşrutu yalnız pilotların bilməsi lazımdır".
Qarşı tərəf bir neçə dəfə marşrut xəttini öyrənmək üçün təkid etsə də, pilot onlara istiqaməti deməyib. O gecəyə aid digər bir mühüm amil isə prezident Ərdoğanın İstanbula aparılması ilə əlaqədardir. 15 iyul gecəsi vertolyotla gizli şəkildə Dalamana çatan prezident Ərdoğan üçün Dalaman Hava Limanında 3 ayrı təyyarə hazırlanıb. Ərdoğan isə uçuş üçün pilotlarının da texniki xüsusiyyətlərini çox yaxşı bildiyi TC-ATA təyyarəsinə üstünlük verir və bu təyyarəylə havaya qalxırlar. "ATA" adlı təyyarənin havaya qalxmasından dərhal sonra digər təyyarələr də Dalaman Hava Limanından havaya qalxır. Burada məqsəd isə xuntaçıları çaşdırmaq olub.
İnegöl üzərinə gələnə qədər təyyarənin haraya enəcəyi haqda heç kəsə məlumat verilməyib və sadəcə, bundan sonra prezident pilotlara Atatürk Hava Limanına enmələri haqda göstəriş verib.
Ölkə.az
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












