Ərəb şahzadəsi Hacıqabulda «Galendewagen»lə ova çıxdı - FOTOLAR

Gündəm 7 Noyabr 2015 01:45 Oxunub 2855
Ərəb şahzadəsi Hacıqabulda «Galendewagen»lə ova çıxdı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhəmməd bin Rəşid Qadir və 15-ə yaxın əshabəsi ov etmək üçün yenidən Hacıqabula gəlib

Ərəb şahzadəsi ov etmək üçün yenə də Hacıqabula dönüb. Avtosfer.az xəbər verir ki, virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri - Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktumun qardaşı Məhəmməd bin Rəşid Qadir və 15-ə yaxın əshabəsi ov etmək üçün iki gün əvvəl yenidən Hacıqabula gəlib. Bundan bir gün əvvəl isə onun xidmətçiləri və 4 aşpazı Hacıqabulun Sarısu kəndinə gəliblər.

Yaxın günlərdə isə Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktumun da Sarısuya ova gələcəyi gözlənilir. Əslində qardaşı Məhəmməd bin Rəşid Qadirin gəlişinin onun səfərinə hazırlıq məqsədi daşıdığı deyilir. Şahzadə artıq dünəndən çox bəyəndiyi seyrangaha ova çıxıb. O, dünən İnstagram səhifəsində yerli çobanlardan birinin azyaşlı uşağı ilə birgə şəkil də paylaşıb. Məlumata görə, zəngin ərəblər şahin quşlarının təlimi üçün çox bəyəndikləri bu yerlərdə uzun müddətə məskunlaşmaq niyyətindədir. Bu məqsədlə kəndin axırında bir neçə ay əvvəl iki ev də alıblar. Ərəb şahzadələri ay yarım əvvəl də ov üçün Sarısu kəndinə gəlmiş, kənddə 2-3 gün qalmış, amma əsl ov mövsümü başlamadığından geri qayıtmışdılar. Amma şahin quşlarına təlim keçən xidmətçilər kənddə alınan və xüsusi mühafizə olunan evlərində qalmışdılar. Onların istifadəsində 50-dək «Cip» də var.

Qarasu sakinlərinin bir çoxu ərəb zənginlərinə günəmuzd çalışır. Ərəblərin avtomobillərinə, ov quşlarına və çadırlarına xidmət, ərzaq təchizatı, yemək hazırlamaq, paltarları təmizləmək və s. bu kimi məişət problemləri yerli sakinlər tərəfindən həll edilir.

Şahin quşlarını ova gətirmiş ərəblər Qarasu və ətraf kəndlərin sakinlərindən çöl göyərçinləri alaraq quşları ayrıca çadırlarda saxlayırdılar. Həmin göyərçinlərdən hər gün bir neçəsi havaya buraxılaraq şahin quşları tərəfindən ovlanılır və bu ov mərasiminin videoçəkilişi aparılırdı. Quşlar itməsin deyə onlara xüsusi elektron vericilər ("çip") bağlanır. Əsl ov mərasimi isə bəzgək quşlarının əraziyə miqrasiya etməsindən sonra başlanacaqdı. Yəni müvəqqəti olaraq göyərçin tutmaqla məşq edən şahinlər bəzgəkləri ovlamağa başlayacaqdılar. Amma bəzgəklərin Kür-Araz ovalığına kütləvi köçü noyabr ayının əvvəllərindən başlandığından şahzadələrin Dubaya geri dönməsinin səbəbinin də məhz bu vaxt amilinə bağlı olduğu bildirilirdi. Yəni ov quşları kütləvi şəkildə Qarasuda məskunlaşandan sonra onlar yenidən "quşu quşla ovlamaq üçün" geri dönəcəkdilər.

Qeyd edək ki, ərəb zənginlərinin ovdanı Şamaxı rayonu ilə həmsərhəd olan Hacıqabulun Qarasu və Muğan kəndlərinin düzəngahlarıdır. Onların buranı ovdan seçməsi də təsadüfi deyil. Yerli sakinlər bildirir ki, bəzgəklər sıx ot örtüyünə malik olan bu yerlərə əsasən noyabr ayının ortalarında kütləvi köç edir, aprel ayının sonlarında isə köçüb gedirlər. Həm də bəzgəklər adətən sıx, şirəli və yaşıl otla zəngin olan bu düzəngahlara sürü halında enirlər. Bu quşlar ən nadir çöl quşlarındandır ki, qidalanmaq üçün əkin sahələrinə tez alışır. Bu zaman ərəblərin saatda 100 km-dək sürətlə uçmaq qabiliyyətinə malik şahin quşları bəzgəkləri ovlayır. Adətən bu ov mərasiminin videoçəkilişi aparılr.

Kür-Araz ovalığı ərazisinin hamar relyefə malik olması ovçulara sürətlə uçan quşları CİP-lərlə müşayiət etməyə və alıcı quşların bu ov prosesini canlı izləməyə də imkan yaradır. Ərəb ölkələrində hər birinin qiyməti 50-100 min dollara çatan şahin quşları ilə ov etmək varlı ərəblərin ən sevimli əyləncəsidir...

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh