Ərəb turistin öldüyü otel icra başçısının “gizli kassa”sınındır? - İddialar

Yanvarın 8-də Bakıdakı "Ariva” otelinin ərəb müştərisi Məsfər Oman Əlbillahi otağında ölü tapılıb. İddialara görə, 1962-ci il təvəllüdlü qonaq ürək çatışmazlığından dünyasını dəyişib. İstintaqın gedişində məlum olub ki, xarici vətəndaş qaldığı hotel nömrəsinə seks işçiliyi ilə məşğul olan üç qadın gətirib. Polis hadisə yerinə gələn zaman isə qadınlar həmin nömrədə olmayıb. Gündəmi zəbt edən xəbərdən sonra bəzi KİV-lərdə ölümün qeydə alındığı otelin Nərimanov rayon icra başçısının müavini Şahmar İbadova məxsus olduğuna dair xəbərlər yer alıb.
Lakin Yenicag.az-ın araşdırması başqa faktı üzə çıxarıb. Belə ki, əldə etdiyimiz məlumaya görə, sözügedən otelin ətrafındakı bəzi obyektlər İbadovun yaxınlarına məxsus olsa da, məhz "Ariva”nın Şahmar müəllimə heç bir aiddiyyatı yoxdur.
Otelin əsl sahibinin isə icra hakimiyyətinin Rayon Təsərrüfat Şöbəsinin müdiri Ağayev Rəşid Ağaqulu oğlu olduğu söylənilməkdədir.
Qeyd edək ki, R.Ağayev Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin ən sadiq adamlarındadır. Belə ki, Rəşid Ağayev Fərzəliyev Nizami rayonunda icra başçısı kimi fəaliyyət göstərdiyi dövrdən bəri onunla birlikdədir. Nərimanova təyin olunduqdan sonra ilk təyinatlarından biri Ağayevlə bağlı olub. Rayonda Rəşid Ağayevin icra başçısının "gizli kassa”sı olduğu bildirilir. Hətta "Şərq” bazarı ətrafında, Dərnəgül yolu istiqamətində, metro yaxınlığında olan obyektlərin bir çoxunun R.Ağayevin nəzarətində olduğuna dair xəbərlər var.
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Avropada aviadaşımalarla bağlı yeni qaydalar bahalaşmaya səbəb ola bilər
Çuxurlarla dolu bu küçə sürücülərə həm ziyan vurur, həm təhlükə yaradır - VİDEO
Metroda kondisionerlər hələ də işləmir? – RƏSMİ AÇIQLAMA
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?










