Banner

Ərəblərin Azərbaycanda qanunsuz quş ovlaması ilə bağlı araşdırma aparılır - RƏSMİ + FOTO

Gündəm 25 Yanvar 2022 12:27 Oxunub 830
Ərəblərin Azərbaycanda qanunsuz quş ovlaması ilə bağlı araşdırma aparılır - RƏSMİ + FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Tovuzda xarici turistlərin qanunsuz ov etdiyi iddia olunur.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

İddia edilib ki, ərəb turistlər bəzgək ovlayıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan görüntülərdən xəbərdardırlar:

“Sosial şəbəkədə yayılan foto və video görüntülərdən xəbərdarıq. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək, qanun pozucularının cərimələnməsi həyata keçiriləcək”.

Qeyd edək ki, bəzgək Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxildir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh