Əri qəzada ölən qadın 16 il sonra doğulan oğlunu bacısına tapşırıb intihar edibmiş... - VİDEO

Bakıda qəzada ölən ərinin yoxluğuna dözə bilməyən qadının intiharı ilə bağlı bəzi detallar üzə çıxıb. Avtosfer.az apa tv-yə istinadən xəbər verir ki, 34 yaşlı Umudova Nahidə Sadiq qızı oktyabrın 11-də səhər saat 04 radələrində özünü Kürdəxanı qəsəbəsində yaşadığı evin həyətindəki qaz borusundan asıb. Onun meyitini bacısı və qonşusu aşkar ediblər.
N.Umudova intihardan əvvəl mərhum ərinin telefonuna “Mən sənsiz qala bilmərəm” sözlərini yazıb. Cütlük 18 il evli olub. 16 il sonra isə oğul övladları dünyaya gəlib. N.Umudova intihar etməzdən əvvəl bacısına vəsiyyətnamə yazıb və övladını ona tapşırıb. N.Umudovanın bacısının da övladı olmayıbmış.
Xatırladaq ki, qəza oktyabrın 9-da axşam saatlarında Kürdəxanıda baş verib. Sumqayıt şəhər sakini, 23 yaşlı İlkanə Əhmədova idarə etdiyi “Chevrolet Malibu” markalı avtomobili yolun sağında dayanmış vəziyyətdə olan “Audi” və “Mitsubishi” markalı avtomobillərə çırpıb.
Nəticədə avtomobilin yanında dayanmış “Mitsubishi”nin sürücüsü, 1984-cü il təvəllüdlü Umudov Fəxri Məzahir oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Suda qalan həmin BYD-nin son vəziyyəti: Usta "Fatihə"sini verdi - VİDEO
Bəzi yollarda duman olacaq, 300-800 metrədək ... - Sürücülərə XƏBƏRDARLIQ
Masazırda yol niyə çöküb? – Ekspert səbəbləri AÇIQLADI
Sərnişin və yük daşımalarına yeni qaydalar - Tələblər sərtləşdi
Nazirlər Kabineti yeni qərar qəbul etdi
Paytaxtın bu küçələrində tıxac var – SİYAHI - FOTOLAR
"Məsafəyə görə ödəniş modeli hələ müzakirə mərhələsindədir" - EKSPERT DANIŞDI
Zaur Əliyevlə yanaşı bu məmurlar da vəzifəsiz qalıb - SİYAHI
İstintaq sistemində yeni model - Vahid quruma keçid nəyi dəyişəcək?
Rusiya Ermənistandakı seçkilərdə müxalifətə dəstək verəcək? – Politoloq AÇIQLADI
Qəsəbədə yol salınandan bəri işıq dirəkləri işləmir – Kütləvi narazılıq var - VİDEO










