Erməni deputat: “Sərkisyan yalan deyir, bir kənd də itirmişik...”

“Ermənistanın və “Arsaxın” (Dağlıq Qarabağın) təhlükəsizliyinə ən böyük təhdid əraziləri qaytarmağa hazır olan prezident Serj Sərkisyanın özüdür”.
Avtosfer.az xəbər verir ki, bu barədə virtualaz.org “armenia today”a istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin müxalif “İrs” fraksiyasından olan deputatı Zarui Postancyan parlamentdə keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Serj Sərkisyanın erməni tərəfinin aprel döyüşlərində cəmi 800 hektar ərazi itirdiyi haqda bəyanatı hakimiyyətin bundan sonra da geri çəkilməyə hazır olduğunu göstərir. Postancyan deyib ki, həmin 800 hektar ərazinin itirilməsi Dağlıq Qarabağın təhlükəsizliyini laxladıb, üstəlik itkilər arasında bir kənd də var. Lakin deputat hansı kənddən söhbət getdiyini dəqiqləşdirməyib.
Aprelin 2-də Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilirdi ki, qoşunlarımız düşmənin müdafiə xəttini şimal-şərq və cənub istiqamətlərindən yarıb, Tərtər istiqamətində Seysulan kəndi düşməndən azad olunub. Lakin MN sonrakı bəyanatlarında Seysulan kəndinin kimin nəzarətində olduğuna toxunmadı.
Xatırladaq ki, Azərbaycan MN Sərkisyanın bəyanatına düzəliş verib, aprel döyüşlərində 800 yox, 2000 hektar ərazi qaytarıldığını açıqlayıb.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












