Erməni fəal məhkəməyə etirazını belə bildirdi - VİDEO

Ermənistanda siyasi məhbus Jirayr Sefilyanın və digərlərinin işi üzrə məhkəmə iclasından öncə ictimai fəal Vardqes Qasparin təkbaşına etiraz aksiyası keçirib. Erməni KİV-ləri xəbər verir ki, Qasparin bu yolla Sefilyan üçün ayrılmış ictimai vəkil Marine Tovmasyanın məhkəmənin qərarlarına, bu qərarların icrasında, Jirayrın razılığı olmadan iclaslarda iştirak etməsinə etirazını bildirib. O, etirazını yerə uzanmaqla həyata keçirib. Qeyd edilib ki, Qasparin vəkil Marine Tovmasyanın avtomobilinin yolunu kəsməyə cəhd edib, ancaq polis əməkdaşları buna imkan verməyiblər.
Xatırladaq ki, siyasi məhbus Jirayr Sefilyan və digərlərinin işi üzrə məhkəmə iclaslarında onların vəkilləri iştirak etmir. Jirayr Sefilyan və Nerses Poqosyanın hüquqlarının müdafiəsi üçün ictimai vəkil cəlb edilib. Marine Tovmasyan bildirib ki, Nerses Poqosyan onun müdafiəsindən imtina edib. Buna baxmayaraq, Tovmasyan deyib ki, onların vəkilləri qayıdana qədər məhkəmə iclaslarında iştirak etməyə davam edəcək. Həmçinin Sefilyanın ictimai vəkildən imtina etdiyi bildirilir.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










