Erməni hərbçi yoldaşını döyəndən sonra maşında yandırdı - FOTO

Avqustun 17-də axşam saatlarında Tavuş vilayətinin Nerkin Karmirağbyur-Paravakar yolunda bir hərbçinin ölümü ilə baş verən hadisə ilə əlaqədar bir hərbçi həbs olunub. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, VAZ-2106 markalı avtomobildə yanaraq 32 yaşlı kənd sakini, müqaviləli hərbi qulluqçu Vardan Qriqoryanın ölümündə onun müqavilə ilə xidmət edən hərbçi yoldaşı və həmkəndlisi A.Lalayan şübhəli bilinərək saxlanılıb. Saxlanılandan sonra o, hüquq mühafizə orqanlarına hadisənin detalları barədə danışıb. Deyib ki, ölüm hadisəsindən yarım saat əvvəl onlar birlikdə yeyib-içməkdə olublar. Ordan çıxıb evlərinə gedərkən Lalayan yolda bir neçə şüşə pivə və kabab alıb və daha sonra yola davam ediblər. Lakin yolda ailə mübahisəsi düşüb və məsələ böyüyüb. Lalayan yumruqla Qriqoryana çoxsaylı zərbələr vurub. Daha sonra isə o, hərbçi yoldaşını maşından düşürərək döyməyə başlayıb. Ardınca Lalayan öz qurbanını yenidən avtomobilə qaytarıb. Avtomobili yamaca itələyərək ona od vurub. Bununla da o, avtomobil qəzası nəticəsində yanğının baş verdiyi və faciənin olduğu təsəvvürünü formalaşdırmaq istəyib. Qaldırılmış cinayət işi üzrə istintaq materialları qarnizonun istintaq idarəsinə göndəriləcək.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












