Erməni silahından bir məktəbli həlak olub, daha biri yaralanıb

Ağdamın Sarıcalılar kəndində olan məktəb mərmi düşməsi nəticəsində yararsız hala düşüb. Vəziyyət bir qədər səngiyəndən sonra həmin məktəbdə təmir-bərpa işləri həyata keçiriləcək. Avtosfer.az trend-ə istinadən bildirir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə deyib.
Onun sözlərinə görə, bir sıra digər kəndlərdə yerləşən məktəblərə də ziyan vurulub: "Yaxın ərazilərdə mərmilərin partlaması nəticəsində məktəblərdə pəncərələrin dağılması, sınması faktları da var. Gündəlik operativ məlumat alırıq və buna uyğun qərar verilir".
C.Bayramov deyib ki, hərbi əməliyyatlar başlayan günlərdə cəbhə bölgəsinə yaxın ərazilərdə yerləşən məktəblər barədə mütəmadi olaraq rayon təhsil şöbələrindən məlumatlar əldə olunub, 28 məktəbdə tədrisin dayandırılması barədə qərar qəbul edilib.
Onun sözlərinə görə, bu qərar insanların həyatını təhlükə altına atmamaq üçün qəbul olunub: "Həm şagirdlərin, həm də müəllimlərin oradan çıxarılması barədə qərarlar qəbul edilib. Təhsil Nazirliyi tərəfindən təhsil şöbələrinə tapşırıqlar verilib ki, həmin şagirdlər üçün tədris onların müvəqqəti köçdükləri digər yaşayış məntəqələrindəki məktəblərdə təşkil olunsun. Hesab edirik ki, 2 gün öncə atəşkəsin əldə olunması ilə əlaqədar növbəti günlərdə insanlar bir çox məktəblərə qayıdacaq və tədris tam bərpa olunacaq".
Nazir müavini qeyd edib ki, Sarıcalılar kəndinə düşən mərmi nəticəsində məktəblərdə xəsarət alan şəxslər olmayıb: "Çünki bu, dərs saatı ərzində baş verməyib. Sadəcə, cəbhə bölgəsinə yaxın ərazidə həyətyanı sahəyə düşən mərmi nəticəsində 13 yaşlı bir şagird yaralanıb. O xəstəxanaya yerləşdirilib, vəziyyəti yaxşıdır. Hadisələr nəticəsində 16 yaşlı qız da dünyasını dəyişib ki, o da məktəbli idi".
Sürücülük vəsiqəsi ilə bağlı inqilabi təklif – 25 yaşdan sonra…
Bəzi yollarda sıxlıq yarandı - SİYAHI - YENİLƏNİB
Bakıda kimlər pulsuz avtobuslardan istifadə edə biləcək? – AÇIQLAMA
Mövsüm meyvələri niyə bahalaşıb? - AÇIQLAMA
İran-Azərbaycan münasibətlərində nələr dəyişib? - POLİTOLOQ
Təhlükəsizlik standartlarının tətbiqində hansı problemlər var? – İZAH
Şıx çimərliyində dənizə çirkab suları axıdılır? - RƏSMİ AÇIQLAMA - VİDEO
Pulsuz ictimai nəqliyyat tıxacların qarşısını ala bilərmi? – EKSPERT
"Arzum" yenidən hakim qarşısına ÇIXARILACAQ - Vəkildən AÇIQLAMA
Sabah çimərliklərdə hava necə olacaq?
AZAL Bakı-Naxçıvan reysləri ilə bağlı məlumat yaydı










