Erməni sürücülər etiraz edir: "Mübarizəni davam etdirəcəyik" - FOTO

Yerevanda sürücülər Ermənistana sükanı sağda olan avtomobillərin idxalına qadağanı nəzərdə tutan qanun layihəsinə etiraz edirlər. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, ötən gün sürücülər etiraz məqsədilə avtoyürüş təşkil ediblər. Aksiyada təqribən 200 sürücü sükanı sağda olan avtomobili ilə iştirak edib. Erebuni rayonunda avtomobil bazarından başlayan yürüş paytaxtın mərkəzində, Baqramyan prospektində sona çatıb. Aksiyanın təşkilatçılarından biri Artaşes Artenyan bildirib ki, nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Vahan Martirosyanla danışıqlar heç bir nəticə verməyib: "Mübarizəni davam etdirəcəyik".
Onun sözlərinə görə, bu gün sürücülər hökumət binasının qarşısına toplaşacaq və baş nazir Karen Karapetyanla görüş tələb edəcəklər.
Xatırladaq ki, qanun layihəsi 2018-ci il aprelin 1-dən ölkəyə sükanı sağda olan avtomobillərin idxalına qadağanı nəzərdə tutur. Təşəbbüs idarəetmə zamanı guya təhlükəsizliyi daha yüksək səviyyədə təmin etməyə yönəlib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













