Ermənilər Ağdərə və Kəlbəcərdən qaçır

Bu gün səhər saatlarından Azərbaycanın işğal edilmiş ərazilərində, xüsusulə Ağdərə və Kəlbəcərdə xaricdən gətirilib məskunlaşdırılan ermənilər yaşadıqları bölgələri tərk ediblər. Modern.az-a hərbi mənbələrdən verilən məlumata görə, bu səbəbdən hərbçilərlə mülki əhali arasında ciddi qarşıdurma yaranıb. Ağdərənin Tərtərlə yaxın kəndlərində erməni hərbçilərlə mülki əhali arasında baş verən insident zəminində xeyli sayda ölən və yaralanan olub. Hadisəni telefonla görüntüyə alan 2 erməni hərbçilər tərəfindən yerindəcə güllələnib. Bununla da qarşıdurma güclənib və hərbçilər vəziyyətin gərginləşdiyini görüb mülki əhalinin cəbhəboyu kəndləri boşaltmalarının qarşısını almaqda gücsüz olublar. Bundan sonra kəndlərin kütləvi boşaldılması başlayıb. İrəvana gedən insanlar Ermənistanı tərk etmək istəsələr də, hava limanında maneçiliklə üzləşiblər. Onların Ermənistandan çıxışına yasaq qoyulub. Hərbi mənbələrdən verilən məlumatlara görə, anoloji hal Kəlbəcər rayonunda da yaşanır. Yaranmış gərginlik Ermənistanı ciddi rahatsız edib. Hətta Sarkisyannın şəxsi nümayəndəsi Ermənistanı tərk etmək istəyən mülki əhali qarşısına çıxaraq onları sakitləşdirməyə çalışsa da, bu, mümkün olmayıb.
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI












