Ermənilər erməni əlili azərbaycanlı kəşfiyyatçı bilib işgəncə verdilər

Erməni hərbiçiləri azərbaycanlı kəşfiyyatçı hesab etdikləri 31 yaşlı erməniyə işgəncələr veriblər. Zərərçəkmiş erməni Alix Zakaryanın anası bu barədə özü açıqlama verib. Ana oğlunun yaşadığı dəhşət barədə erməni mətbuatına danışıb. Hadisə 2014-cü ilin iyul ayında baş verib. 31 yaşlı erməni Alix doğmalarının məzarını ziyarət etmək üçün qəbiristanlığa gedib. Bu zaman Ermənistan Müdafiə Nazirliyinin dövlət nişanı olan avtomobilindən avtomatla silahlanmış adamlar düşərək onu əhatəyə alıblar. Əllərinə qandal vuraraq, onu azərbaycanlı təxribatçı bilib diz çökdürüblər, çirkli su içməyə məcbur ediblər. Onu möhkəm döydükdən sonra polis bölməsinə aparıblar. Oğlunun əllərini bağlayıb, 5 saat yarım ağlasığmaz işgəncələr veriblər.
Ana bildirib ki, oğlu erməni olduğunu desə də, ona inanmayıblar. Oğlunun əlində erməni kitabı olsa da, "bu kitabdan azərbaycanlılar da var" deyərək ona inanmayıblar.
Erməni ananın sözləri görə, erməni hərbiçiləri onun əlil oğlu üzərindəki təhqir və zorakılıqları bölmədə də davam etdiriblər. Əlləri bağlı halda köynəyini başına keçirib, azərbaycanlı olduğunu boynuna qoymaq istəyiblər. Oğlunun şalvarını dartıb cırıblar, fotosunu çəkib azərbaycanlı olub-olmadığını aydınlaşdırmaq istəyiblər:
Oğlunu evə gələndə dəliyə oxşadan ananın sözlərini təqdim edirik: "Alix sankı dəliyə oxşayırdı, dəhşətli dərəcədə qorxmuşdu. Şalvarı cırıq-cırıq idi. Bütün sifəti gömgöy, gözləri qan içərisində idi. Hələ də sümükləri ağrıyır. Polis bölməsindən mənə dedilər ki, bir iş idi olub, şikayət etmə. Əgər şikayət etsən, sənin oğlunun boynuna elə cinayətlər qoyarıq ki, özün də məəttəl qalarsan", deyən ana polisdən də qorxduğunu bildirib.
big.az
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb, kəsilən inəklərin başını da səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
Baş nazirdən benzin və dizel yanacağı ilə bağlı QƏRAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI - FOTOLAR
Donald Trampa edilən sui-qəsd cəhdi hansı mesajı daşıyırdı? - AÇIQLAMA
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Prezident "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb
Yollarda görünüş məhdudlaşacaq - 300-800 metrədək










