Ermənilər FHN-in əməkdaşını vurdu - 2 yaralı da var

Erməni silahlı qüvvələrinin atəşi nəticəsində bir yanğınsöndürən yaralanıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, yaralananlardan biri Fövqəladə Hallar Nazirliyinin Ağdan Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Akif Mustafayev olub. O, Ağdamın Əfətli ərazi nümayəndəliyinin Qaradağlı kəndini ermənilərin iri çaplı silahlardan atəşə tutması nəticəsində evlərdə baş vermiş yanğını söndürən zaman top mərsindən yaralanıb. Qarın boşluğundan xəsarət almış A. Mustafayev Ağdam Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib və onun üzərində cərrahiyə əməliyyatı aparılıb.
***
Erməni silahlı qüvvələrinin atəşi nəticəsində Azərbaycanın daha 2 dinc sakini yaralanıb. APA-nın məlumatına görə, axşam saatlarında Ağdam rayonunun Orta Qərvənd kənd sakinləri 1968-ci il təvəllüdlü Heydərov Fərhad Lənkəran oğlu və 1989-cu il təvəllüdlü Heydərov Rəşad Qulu oğlu da ermənilərin açdığı atəş nəticəsində baş nahiyəsindən yaralanıblar. Hər iki sakin Ağdam Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Onların üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI












