Ermənilər küçələrə çıxdılar - FOTO

Seçkiqabağı gərgin situasiyanın hökm sürdüyü Ermənistanda hazırda yürüş-mitinq keçirilir. Avtosfer.az xəbər verir ki, musavat.com-un erməni mətbuatına istinadən verdiyi xəbərə görə, paytaxt İrəvanın Açanyak rayonunda keçirilən aksiyanın təşkilatçısı hakim partiyanın əsas rəqiblərindən olan "Konqres-Erməni Milli Konqresi" Blokudur. Nümayişçilər əllərində blokun namizədlərindən olan "Ermənistan" tibb mərkəzinin direktoru Qriqor Qriqoryanın şəkillərini qaldırıb küçələr boyu irəliləyir.
Həmçinin onlar ətrafdakı vətəndaşlara vərəqələr paylayırlar. Təbliğat-təşviqat vərəqələrində ölkə əhalisini sülhə səs verməyə yönəlik çağırışlar əksini tapıb. Qeyd edək ki, Erməni Milli Konqresinin sədri, eks-prezident Levon Ter-Petrosyan Serj Sarksiyan hakimiyyətini Azərbaycanla sülh bağlamağa çağırıb. O hesab edir ki, əks təqdirdə sonra gec olacaq.
Erməni xalqı da özgə torpağındakı itkilərdən cana doyduğu üçün sülh mesajlı seçki bloklarına daha çox etimad göstərir. Hətta sabiq müdafiə naziri Seyran Ohanyan da əhalinin müharibədən yorulduğunu anlayaraq, həmfikiləri ilə birgə yaratdığı seçki blokunun əsas şüarlarından biri olaraq sülhü seçib. Şübhə yoxdur ki, L.Ter-Petrosyanın təsis etdiyi blokunun bugünkü aksiyasının kütləviliyində də Qarabağda sülh mesajı mühüm rol oynayıb.
Məlumata görə, yürüş iştirakçıları arasında eks-prezident özü görünməsə də, blokun Açapnyak-Arabkir-Davidaşen bölgəsindən olan namizədləri deputat Aram Manukyan, L.Ter-Petrosyanın mətbuat katibi Arman Munisyan, iqtisadçı Zoya Tadevosyan iştirak edir. "Ermənistan" tibb mərkəzinin direktoru Qriqor Qriqoryan iş yerində olduğu üçün aksiyaya qatıla bilməyib.
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ















