Ermənilər kütləvi şəkildə Talışı tərk edirlər

Rusiyanın “Kommersant” qəzetinin müxbiri İlya Barabanov atəşkəs rejimi elan olunduqdan dərhal sonra Talış kəndində olub.
Avtosfer.az xəbər verir ki, qəzetin müxbiri kəndi əhatə edən yüksəkliklərin Azərbaycanın nəzarəti altında olduğunu bildirib.
İ.Barabanovun sözlərinə görə, aprelin 2-də kəndə Azərbaycan ordusunun hissələri daxil olub, amma burada möhkəmlənə bilməyiblər, bu səbəbdən də ətrafdakı yüksəkliklərdə mövqe tutublar.
“Talış kəndi – Dağlıq Qarabağın ən şimal nöqtəsidir. Hərbi əməliyyatların aparıldığı bütün bu günlər ərzində atəşə tutulan Mardakert şəhərindən bura cəmi 30 km yol var”, - jurnalist yazır.
“Biz Talış yolu ilə gedərkən yol boyu ev əşyalarının toplandığı yük maşınları ilə qarşılaşırıq. Kəndin sakinləri atəşkəsin uzun sürəcəyinə inanmırlar, ona görə də sakit zamanı əşyalarını çıxarmaq üçün istifadə etməyə çalışırlar. Talışa girişdə yandırılmış maşın, kənarda isə ölmüş inək var”, - reportajda deyilir.
Jurnalist ilə söhbətdə erməni əsgərləri dünəndən atəşin dayandığını bildirirlər.
Kənd administrasiyasının rəhbəri Vilen Petrosyan qeyd edib ki, hərbi əməliyyatlara qədər orada 600-ə yaxın adam yaşayırdı.
“Bu gün burada 50 nəfər qalıb, onlar hələ getməyiblər”, - o deyib.
Xatırladaq ki, daha öncə Rusiya KİV hərbi əməliyyatlar zamanı Dağlıq Qarabağın üç minə yaxın sakininin öz evlərini tərk etdiklərinə dair məlumat yaymışdı.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












