Ermənilər Moskvada azərbaycanlıların restoranına hücum etdi - VİDEO
Gündəm
24 İyul 2020 22:57
Oxunub 1256

Ermənistandan olan silahlılar Moskvanın “1001 gecə” restoranına basqın ediblər. “Qafqazinfo” bildirir ki, bu barədə “360” telekanalına Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov danışıb.
““1001 gecə” restoranı azərbaycanlıya məxsusdur. Bir azərbaycanlıya hardasa 15 erməni hücum edib”, - Hüseynov deyib.
Onun sözlərinə görə, hücum edənlər, həmçinin meyvə satıcısını döyüblər, qarpız və yemişləri onun başında sındırıblar.
Avtosfer.az xəbər verir ki, onların basqınından sonra kassadan təxminən 200 min rubl yoxa çıxıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













