Avtosfer.az | Reklam
Ermənilər Naxçıvan istiqamətində də atəşkəsi pozdular - RƏSMİ
Gündəm 13 İyul 2020 20:29 Oxunub 418
Ermənilər Naxçıvan istiqamətində də atəşkəsi pozdular - RƏSMİ

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-si saat 22:45-dən etibarən iyulun 13-ü saat 00:40-dək iriçaplı silahlardan da istifadə etməklə Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan müvqelərimizi atəşə tutub. Bu barədə Avtosfer.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Düşmənin atəşkəs rejimini pozması zamanı əsasən izburaxan və yandırıcı mərmilərdən istifadə etməsi ara boşluğunda olan 5 hektara qədər ərazinin yanması ilə nəticələnib.

Düşmən cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh