Ermənilər Ordumuzun "ovcunun içində" - VİDEO

Hər vəhclə yaranmış vəziyyəti vətəndaşlarına müsbət ampluada təqdim etmək istəyən Ermənistan hakimiyyəti, deyəsən, ön cəbhədən xəbərsizdir. Azərbaycan Silahlı Qüvvələrinin qarşısında düşmən ordusunun durumu həqiqətən acınacaqlıdır. Bölgə müxbiri və operatorumuz ötən gün yenidən cəbhənin Goranboy istiqamətində olublar. Qarşı tərəfin hərbçilərini lentə almağı bacaran Lider.tv-nin əməkdaşları bir çox maraqlı məqamları da üzə çıxarıblar.
Kadrlarda görünən bu insanlar qarşı tərəfin hərbçiləridir. Ordumuzun son əməliyyatları nəticəsində bütün strateji yüksəklikləri əldən verən erməni silahlı birləşmələri indi yeni mövqelər axtarışındadır.
Pərən-pərən düşən ermənilərin səngər qazmağa da hərbçiləri yoxdur. Qarşı tərəfdə işləyən mülki insanları açıq- aydın müşahidə etmək mümkündür. Ordumuzun mövqelərindən, demək olar ki, 90 dərəcə altda qərarlaşan ermənilərin bütün hərəkətləri nəzarətdə saxlanılır. İşğaldan azad olunan yüksəkliklər hesabına düşmənin nəzarətdə saxlanılması ilə bərabər, mütəmadi atəş altında qalan kəndlərimiz də təhlükədən çıxıb.
Erməni silahlı bölmələrindən fərqli olaraq Azərbaycan ordusu azad etdiyi ərazilərdə tam möhkəmlənib. Ön cəbhə olmasına baxmayaraq, hərbçilərimizin istirahət, yataq, yemək şəraiti, eləcə də maddi-texniki təhcizatı ən müasir standartlara cavab verir. Azərbaycan əsgərinin yüksək döyüş ruhu, vətənə, millətə bağlılıq hissləri və qüruru qələbənin heç də uzaq olmadığından xəbər verir.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












