Ermənilər PUA-dan partlayıcı qurğu atdılar - FOTO

Son vaxtlar müxtəlif vasitələrlə Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədi güdən Ermənistan bu dəfə daha bir təxribata əl atıb. Avtosfer.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, ermənilər tərəfindən kustar üsulla hazırlanan partlayıcı qurğu yanvarın 12-də dövlət sərhədinin Tovuz rayonu sahəsində, qoşunların qarşıdurma xəttinə yaxın əraziyə PUA vasitəsilə atılıb. "Bu cür mənşəyi və mənsubiyyəti məlum olmayan qeyri-ənənəvi üsulla hazırlanan partlayıcı vasitələrin düşmən tərəfindən tətbiqi müdafiənin ön xəttində yerləşən bölmələrimizin şəxsi heyətinə, xüsusilə də həmsərhəd ərazilərdəki yaşayış məntəqələrinin dinc əhalisinə xəsarət yetirmək məqsədi güdür. Partlayıcı qurğunun zərərsizləşdirildikdən sonra ilkin öyrənilməsi zamanı bu vasitənin elektrik detonatoru, detonasiya qaytanı, çoxlu sayda metal qəlpələr və qurğunun işə salınması üçün batareyalardan ibarət olduğu müəyyən edilib. Beynəlxalq normativ hüquqi qaydalarla istifadəsi qadağan olunan bu cür vasitələrin Ermənistan tərəfindən, xüsusilə Azərbaycan-Ermənistan dövlət sərhədində məqsədyönlü şəkildə tətbiqi vəziyyəti gərginləşdirmək, Azərbaycanı cavab tədbirləri görməyə təhrik etmək və bununla da təmsil olunduğu hərbi-siyasi blokun digər üzvlərinin diqqətini növbəti dəfə cidd-cəhdlə münaqişəyə cəlb etmək məqsədi güdür.
Müdafiə Nazirliyi bildirir ki, baş verə biləcək hər hansı insidentə və onun nəticələrinə görə məsuliyyət tamamilə Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür", - deyə məlumatda bildirilir.
Elmin
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI














