Ermənilər Qarabağda hazırlanan içkini Moskvada satırlar - FOTO

Ermənilər Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində istehsal etdikləri spirtli içkini “Artsax tutovıy” adı altında Rusiya bazarına çıxarıblar. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, paytaxtın “Aşan”, “Lenta” və bir sıra böyük mağazalar şəbəkələrində satışa çıxarılan məhsulun istehsalçısı kimi Ermənistanın “Artsax Brandy Company” Açıq Səhmdar Cəmiyyəti göstərilib. Məhsulun istehsal olunduğu yerin ünvanı isə “Ermənistan Respublikası, Ayqestan” göstərilib. Lakin həmin məhsulun Ermənistanda deyil, işğal altındakı Azərbaycan torpaqlarında istehsal edildiyi məlum olub. Belə ki, “Ayqestan” adlı ərazi Azərbaycanın 1991-ci ildə Xocalı rayonuna birləşdirilmiş Əsgəran rayonunun Ballıca kəndidir. Ermənistan silahlı qüvvələrinin işğalı altında olan bu kəndi ermənilər Ayqestan adlandırıblar.
Qeyd edək ki, daha əvvəl ermənilər istehsal etdikləri “Qarabağ” adı altında tut, zoğal arağı və digər spirtli içkiləri Rusiyada satışa çıxardıblar. İndi isə onlar məhsullarını “Artsax” adı altında istehsal etməyə başlayıblar və istehsal ünvanını “DQR” kimi deyil, “Ermənistan Respublikası”kimi qeyd edirlər. Məqsəd odur ki, işğal altında olan ərazilərdə qanunsuz istehsal olunan məhsullar asanlıqla Rusiya və dünya bazarlarına yol tapa bilsin.


İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB










