Ermənilər Qarabağdan qaçır – VİDEO

Ermənistan KİV-ləri Azərbaycanın işğal altında olan Ağdərə rayonunda videoreportaj hazırlayıb.
Avtosfer.az azvision.az-a istinadən bildirir ki, reportajda sakinlərin öz evlərin tərk etdiyi, Qarabağ ermənilərin aclıq, səfalət içində olduğu qeyd olunub.
Videoada vurğulanır ki, aprel döyüşlərindən sonra Ağdərədə mülki şəxs qalmayıb, demək olar ki, hamı öz evini tərk edib. Ağdərədə yalnız hərbçiləri görmək olar. Onlar cəbhədə olduğu kimi, küçələrdə postlar qurub, növbətçilik çəkirlər.
Qondarma "DQR"nın "administrasiya rəhbəri" də İrəvan hakimiyyətini sərt tənqid edib. Onun sözlərinə görə, şəhərdə sakitçilik nisbidir və burada sülh sözü yad ifadədir.
"Şəhər sakinləri sülh istəyir. Lakin bilmirlər nəyə ümid etsinlər. Ermənistanda tox məmurlar gözəl qalstuklarını bağlayıb, rahat otaqlarda oturublar. 22 ildir ki, bilmirlər hansı problemi həll edirlər", - deyə "administrasiya rəhbəri" vurğulayıb.
O, kinayə ilə bildirib: "Ermənistanın göndərdiyi yardım hanı? Yenidən İrəvana göndəriblər?"
Görüntülərdən də məlum olur ki, işğal altında olan Ağdərə rayonunda vəziyyət olduqca bərbaddır. Xüsusən də aprel ayının əvvəlində baş verən qısamüddətli müharibə zamanı əlacsız qaldıqlarını və Ermənistan tərəfindən göndərilən hərbi yardımın heç nəyə yaramadığını vurğulayıblar.
Qeyd edək ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndəsi Zaru Amatuni bildirmişdi ki, üç minə yaxın erməni Dağlıq Qarabağda qoşunların təmas xəttindəki gərginliyə görə ərazini tərk edib. Onun sözlərinə görə, Dağlıq Qarabağda yardım və digər ehtiyacların miqyası böyükdür.
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT










