Banner

Ermənilər Rusiyanı günahlandırır - VİDEO

Gündəm 13 Noyabr 2020 15:12 Oxunub 1328
Ermənilər Rusiyanı günahlandırır  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ermənistanda günlərdir davam edən kütləvi etiraz aksiyalarının iştirakçıları bir tərəfdən baş nazir Nikol Paşinyanın istefasını tələb etsələr də, digər tərəfdən Rusiyanın hərbi əməliyyatlarda iştirak etməməsinə qəzəblənərək bu ölkənin rəhbərliyini tənqid edir.

“Qafqazinfo” xəbər verir ki, bunu aksiyalardan lentə alınmış kadrlarda da açıq-aşkar görmək mümkündür.

Vətəndaşlar çıxışlarında Rusiyanın Ermənistan və Azərbaycanı eyni zamanda silahlandırdığı fikrini irəli sürərək rəsmi Moskvanın hərbi birləşmələrini Qarabağa gətirərək döyüşməli olduğunu bildiriblər.

Aksiya iştirakçılarından biri deyir: “Düşündük ki, Rusiya ilə biz doğma respublikalarıq, bizi tək qoymaz. Lakin o, bizi tək buraxdı”.

Digər bir erməni isə Rusiyanın Ermənistanı satdığını, Paşinyanın zəif siyasətçi olduğunu deyib.

 

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh