Ermənilər Şuşada postumuza qumbara atdı - ANBAAN VİDEO - YENİLƏNİB
Gündəm
13 Noyabr 2021 12:30
Oxunub 924

Daşaltı blokpostunda Azərbaycan və Rusiya hərbçilərinə qumbara atan terrorçunun kimliyi bəlli olub. Onun 1975-ci il təvəllüdlü Norayr Mirzoyan olduğu bildirilir.
Qeyd edək ki, terrorçu Rusiya sülhməramlıları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, terror aktı nəticəsində azı bir azərbaycanlı hərbçi yaralanıb.
Onun həyatı üçün təhlükə yoxdur.
Noyabrın 8-də Şuşa yaxınlığında öldürüldüyü iddia olunan erməni fəhlənin qardaşı dünən avtomobillə Azərbaycan postuna yaxınlaşaraq oraya qumbara atıb.
Avtosfer.az xəbər verir ki, baş verən hadisə ilə bağlı videogörüntü sosial şəbəkələrdə yayılıb.
Yayılan məlumatlarda hadisə nəticəsində bir Azərbaycan əsgərinin yaralandığı bildirilir.
Qumbara atan şəxs həbs olunub. Laçın-Xankəndi yolu bağlanıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













