Ermənilər Tərtəri bombalayır - Düşmən ordusu FƏALLAŞDI - YENİLƏNİB

Erməni hərbi birləşmələri Tərtərin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir. Avtosfer.az xəbər verir ki, APA-nın hadisə yerində olan müxbirinin xəbərinə görə, 20-dən çox mərmi kəndin əkin sahələrinə düşüb. Tərtər rayon Qazyan kənd sakini Yasin Əliyev APA-ya açıqlamasında bildirib ki, yaşayış məntəqəsini hədəf alan ermənilərin atdığı mərmilərdən biri ondan 20 metr aralıda düşüb. Torpağa sancılan mərmi partlamadığı üçün Y.Əliyev xəsarət almayıb. Hazırda cəbhə xəttində gərginlik davam edir.
19:11
Ermənistanın silahlı bölmələri Tərtərin yaşayış məntəqəsini atəşə tutmağa başlayıb Avtosfer.az Müdafiə Nazirlyinin saytına istinadən xəbər verir ki, mayın 13-ü, saat 18.20 radələrindən etibarən Ermənistan silahlı bölmələri tərəfindən Tərtər rayonunun Qəzyan kəndinin ərazisi 120 millimetrlik minaatanlardan atəşə tutulmağa başlayıb. Silahlı Qüvvələrimizin bölmələri tərəfindən əməliyyat şəraitinə uyğun tədbirlər həyata keçirilir, düşmənin atəş nöqtələrinə cavab zərbələri endirilir. Bu cür təxribatların nəticəsi olaraq gələcəkdə baş verə biləcək hadisələrə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.
18:38
Erməni silahlı birləşmələri bu gün saat 18 radələrində Tərtər rayonunun Qazyan kəndini ağır artilleriyadan atəşə tutub. Avtosfer.az APA-ya istinadən bildirir ki, ağır artilleriyadan atılan mərmilər kəndin əkin sahələrinə düşüb. Sakinlərdən xəsarət alan olmayıb.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












