Avtosfer.az | Reklam
Ermənilər Zəngəzurdan Qarabağa 3-cü yol çəkir – XƏRİTƏ
Gündəm 6 İyun 2020 19:39 Oxunub 586
Ermənilər Zəngəzurdan Qarabağa 3-cü yol çəkir – XƏRİTƏ

Ötən gün Azərbaycanın işğal altındakı Qarabağ torpaqlarına 3-cü yolun tikintisi barədə anons verildi. Qondarma rejimin yeni rəhbəri Araik Arutunyan Qubadlı rayonu ərazisinə gələrək burada taxıl yığımı prosesinə baxış keçirib.

O, Arazboyu ərazilərin məskunlaşdırılması və Ermənistanla Qarabağın inteqrasiya prosesini sürətləndirmək üçün Qarabağın Xocavənd rayonunun Hadrut qəsəbəsi ilə Zəngəzurun Xınzırək kəndini birləşdirəcək yolun tikiləcəyini anons edib.

Uzunluğu 90 kilometrə yaxın olacaq Xınzırək-Hadrut yolu Azərbaycanın Qubadlı və Zəngilan, Ermənistanın isə Gorus rayonunu ərazilərindən keçəcək. Yolun 2021-ci ilin sonu, 2022-ci ilin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulur. (Modern.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh