Ermənilərdən alınan şəhid meyitlərində işgəncə əlamətləri aşkarlanıb

Azərbaycan Ordusunun son döyüşlərdə şəhid olmuş, ermənilərdən təhvil alınmış hərbçilərinin meyitlərinin üzərində işgəncə əlamətləri aşkarlanıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Azərbaycanın ATƏT yanındakı Daimi Nümayəndəliyinin Daimi Şuranın 1096 saylı iclasındakı bəyanatında deyilir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu və məhkəmə-tibbi ekspertizası ermənilərdən alınmış hərbçi meyitlərinin üzərində qeyri-insani rəftarla bağlı çoxsaylı fakt aşkarlayıb. Qeyd edilir ki, cəsədlərin gözləri çıxarılıb, küt alətlərlə zədələr yetirilib, qulaqlar kəsilib, kəllə sümükləri qırılıb, ağızlarında yarıqlar aşkar edilib. “Bu fakt və törədilmiş cinayətlər barədə informasiyaya əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə araşdırmalara başlanılıb”, - deyə bəyanatda vurğulanır.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












