Ermənilərdən etiraf: 8 strateji yüksəklik, 14 tank, 170 ölü

Qarabağ separatçı rejimi itkilərinin etirafını davam etdirib. Axar.az xəbər verir ki, separatçı rejimin yaydığı məlumatda 14 erməni tankının münaqişə zamanı məhv edildiyi bildirilib. Silahlı-separatçıların “mətbuat xidməti”nin rəhbəri Viktor Arustamyanın sözlərinə görə, 29 erməni əsgəri öldürülüb, 101 əsgər isə yaralanıb. Arustamyan itkilərlə bağlı dəqiqləşmələrin davam etdiyini də vurğulayıb.
Bundan öncə Qarabağ separatçıları 20 erməni silahlının öldürüldüyünü, 72 silahlının yaralandığını, Ermənistana məxsus 7 tankın yararsız hala salındığını qeyd etmişdi. 26 erməni əsgərinin itkin düşdüyünü bəyan edən separatçılar həmçinin 8 strateji yüksəkliyin Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçdiyini də açıqlamışdı.
Qeyd edək ki, yalnız aprelin 4-ü gün ərzində və aprelin 5-i səhər saatlarınadək keçirilən əməliyyat tədbirləri və cavab atəş zərbələri nəticəsində ermənilər 170 nəfərədək canlı qüvvə sarıdan itkiyə məruz qalıb, 20-dək hərbi texnikası tam sıradan çıxarılıb. Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb.
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI












