Erməniləri hələ çox “sürprizlər” gözləyəcək - Vaqif Dərgahlı

Ermənistan prezidenti Serj Sarkisyan, eləcə də bu dövlətin yüksək çinli hərbi rütbəliləri və müxtəlif ekspertlərinin son döyüşlərdən sonra Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüvvəsini, əsgərinin rəşadətini etiraf etməsi həqiqətən düşmənin nə qədər qorxu və vahimə içində olmasını bir daha göstərdi və sübut etdi.
Avtosfer.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycanın gücü barədə fikirlərinə münasibət bildirərkən deyib. “Ordumuz həqiqətən bu gün ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin və dövlətimizin diqqət və qayğısı ilə hərtərəfli əhatə olunub.
Silahlı Qüvvələrimiz ən müasir silah-sursat, döyüş texnikası, elmin ən son nailiyyətləri ilə hazırlanmış yüksək dəqiqlikli döyüş sursatları, düşmənlə birbaşa kontaktda olmadan onu uzaq məsafədən məhv etməyə qadir olan digər hərbi vasitələrlə təchiz edilib.
Silahlı Qüvvələrimiz son döyüşlərdə düşmənə qarşı tətbiq etdiyi vasitələr hələ hərbi potensialımızda olanların yalnız cüzi bir hissəsidir.
Əgər erməni tərəfi bizə qarşı təxribatları yenə də davam etdirərsə və işğal etdiyi əraziləri tərk etməzsə, onları hələ çox “sürprizlər” gözləyəcək. Ordumuzun silahlanmasında olan döyüş texnikası, silah və sursatlar imkan verir ki, düşmənə qarşı daha dəqiq, dağıdıcı gücə malik vasitələrlə onu sülhə məcbur edərək torpaqlarımızın azad edilməsini təmin edək.
Silahlı Qüvvələrimizin, o cümlədən xalqımızın döyüş ruhu, qələbə əzmi yüksək səviyyədədir və biz düşmənin istənilən təxribatına layiqli cavab verməklə bu haqq işində onu məhv edib torpaqlarımızı işğaldan azad etməklə qələbə çalacağıq!” – deyə, V.Dərgahlı bildirib.
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI












