Ermənilərin atdığı mərmi Goranboyda yaşayış evlərinə zərər vurub - VİDEO
Gündəm
2 Oktyabr 2020 08:23
Oxunub 1184

Ermənistan silahlı qüvvələri mülki əhalinin yaşadığı kəndləri hədəf almağa davam edir.
"Report"un məlumatına görə, düşmən tərəfindən atılan mərmilərdən biri Goranboy rayonunun Hacallı kəndindəki yaşayış evinin yaxınlığına düşüb. Nəticədə yerli sakin Knyaz Nəcəfova və daha bir şəxsə məxsus evə zərər dəyib.
Ermənilərin atdığı bir neçə mərmi isə əkin sahələrinə düşüb.
Qeyd edək ki, atəş nəticəsində ümumilikdə 15-ə yaxın evə və yardımçı tikiliyə zərər dəyib, bir neçə iri və xırda buynuzlu heyvan tələf olub.











ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













