Ermənilərin daha bir provokasiyası – Azərbaycana qarşı mülki təyyarədən istifadəyə hazırlıq gedir

Ermənistan mülki hava gəmilərindən (təyyarələrdən) hərbi məqsədlər üçün istifadə imkanlarını nəzərdən keçirir. "AzeriDefence”nin Ermənistan mətbuatında yayıımlanan xəbərlər əsasında apardığı araşdırmaların nəticələrinə görə, ermənilərin bu ideyasının reallaşması Azərbaycan üçün ciddi problemlər meydana çıxaracaq. Belə ki, İrəvanda keçirilən "ArmHiTec-2016” müdafiə sərgisində Ermənistanın "65 nömrəli hərbi zavod”unun əməkdaşı Rafiq Soqomonyan bu planın bəzi təfərrüatlarını açıqlayıb. Zavodun istehsal etdiyi və üzərində işlədiyi raketlər barədə rəsmi "Armenpress” agentliyinə danışan müəssisə rəsmisi bəzi maraqlı məqamları açıqlayıb. R.Soqomonyan zavodda istehsal edilən idarə olunmayan raketlər barədə danışarkən deyib: "Biz həmçinin 10 km məhvetmə uzaqlığına malik idarə olunmayan raketləri istehsal edirik. O raketləri həm yerdən, həm də mülki təyyarədən buraxmaq olar. Bir uçuş zamanı təyyarədə 20-dək raket yerləşdirmək olar”.
Araşdırmalar zamanı gəlinən qənaət ondan ibarətdir ki, müəssisə nümayəndəsinin bir az da "özünü reklam”a qapılaraq açıqladığı bu informasiya ermənilərin növbəti provokasiya planları barədə xəbərdarlıq sayıla bilər.
Ermənilərin son illərdə mülki əhalidən, mülki texnikalardan istifadə etməklə öz hərbi planlarını gerçəkləşdirməsinə dair Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən kifayət qədər faktlar ortaya qoyulub. "Azeri Defence”nin ekspertlərinin fikrincə, bunu nəzərə alıb, ermənilərin xəbərini diqqətlə analiz edərək, Azərbaycan Dövlət Mülki Aviasiya Adminstrasiyası İCAO qarşısında məsələ qaldırmalı, beynəlxalq təşkilatlara xəbərdarlıq etməlidir. "Mülki kodu olan, beynəlxalq və ya lokal səviyyəli uçuşlar yerinə yetirən hava gəmilərinin rəqibin ərazilərinin bombalanmasında və digər hərbi məqsədlər üçün istifadə edilməsi yolverilməzdir. Silahlandırılmış və hərbi məqsədlər üçün istifadə edilən təyyarələrin vurulmasından ermənilər beynəlxalq təşkilatlarda Azərbaycana qarşı istifadə etməyə çalışacaqlar”, – deyə saytın ekspertləri bildiriblər.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI













