Ermənilərin kəndi atəşə tutduğu an - VİDEO - FOTO

Ermənistan Silahlı Qüvvələri mayın 13-də saat 18:20 radələrindən etibarən, Tərtər rayonunun Qazyan kəndini minatanlardan atəşə tutmağa başlayıblar.
"Seysulandan atırdılar. Onlar atır, bizimkilər cavab verir, nə etsinlər burada kəndi vururlar ayrı şey yoxdur", - deyə kənd sakinlərindən biri bildirib.
Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, atılan mərmilər, əsasən, əkin sahələrinə ziyan vurub. Mərmilərdən biri otlaq sahəsində qoyun otaran kənd sakini Yasin Əliyevdən təxminən 20 metr aralıda düşüb. Kənd sakini Yasin Əliyev həmin ərazini çəkiliş qrupumuza göstərərkən ermənilər oraya yenidən mərmi atırdılar.
Ermənistan hərbi birləşmələri tərəfindən atılan mərmilərdən bir neçəsi də kənd ərazisinə düşüb. Dağıntı və təlafat olmayıb. "Əsasən, əkin sahələri ziyan çəkir. İnsanlar arasında heç bir tələfat, evlərimizdə heç bir dağıntı yoxdur. Təsərrüfatda taxıl sahəsinə düşüb, arpa sahəsinə düşüb, pambıq sahəsinə düşüb, çuğundur sahəsinə düşüb. Düşdüyü yerlərin, demək olar ki, yaxın ətrafını təmiz ləğv edib", - deyə kənd icra nümayəndəsi Azər Cabbarov vurğulayıb.
Ümumilikdə kəndə düşən mərmilərdən bir neçəsinin partlamadığı ehtimal olunur. Ermənilərin təxribatlarına baxmayaraq hazırda kənddə həyat öz axarı ilə davam edir.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF














