Ermənistan Azərbaycan tərəfinə sərhəddə quru yükdaşımalarının təşkilini təklif edir - Papoyan

Ermənistan Azərbaycanla iki ölkə sərhədində quru yükdaşımalarının həyata keçirilməsini təklif edir.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bəyan edib.
"Mənim fikrimcə, hazırda Ermənistan və Azərbaycan arasında quru sərhədin açılması üçün çox yaxşı vaxtdır. Belə ki, Ermənistan sərhədinə qədər dəmir yolu ilə gətirilən yüklər multimodal üsulla yük maşınlarına yüklənərək Ermənistan–Azərbaycan quru sərhədindən daşına bilər. Düşünürəm ki, nə Ermənistanda, nə də Azərbaycanda buna mane ola biləcək şərait yoxdur. Mənim təəssüratım belədir ki, biznes mühiti də buna hazırdır", – deyə o vurğulayıb.
Onun sözlərinə görə, əvvəllər Azərbaycan–Ermənistan tranzitinin Gürcüstan dəmir yolları vasitəsilə qiyməti nisbətən yüksək və rəqabətədavamsız hesab olunurdu, lakin danışıqlar hələ də davam edir.
"Bir tərəfdə Gürcüstan dəmir yolu şirkəti, digər tərəfdə isə taxıl və ya benzin idxal edən şirkətlər var. Təbii ki, onların danışıqlar aparması və ən optimal variantı tapması lazımdır", – Papoyan bildirib.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə Gürcüstan dəmir yolları ilə yük tranziti tarifləri məsələsini şərh edərkən qeyd edib ki, əgər bu məsələ həll olunmasa, təbii olaraq təsərrüfat subyektləri idxal və ixracı təmin etmək üçün alternativ yollar axtarmağa başlayacaqlar.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












