"Ermənistan nəqliyyat yolları üzərində suverenliyindən imtina etməyib" - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin nəqliyyat yolları üzərində suverenliyindən imtina etməsi barədə bəyanatları təkzib edib.
Avtosfer.az Oxu.az-a istinadən məlumat verir ki, hökumət başçısı bu barədə İrəvanda Avrasiya Hökumətlərarası Şurasının iclasında danışıb.
O, bəyan edib ki, Ermənistan öz ərazisində yüklərin, nəqliyyat vasitələrinin və insanların keçidinin təhlükəsizliyini tam təmin etməyə hazırdır.
"Yeri gəlmişkən, Ermənistanın hansısa sənəddə guya üçüncü ölkələrin onun ərazisində kommunikasiyaların təhlükəsizliyini təmin etməli olduğuna razılaşması barədə bütün iddialar reallığın təhrifidir. Eyni şey Ermənistanın regional kommunikasiyalar məsələsində öz suverenliyinin hər hansı məhdudlaşdırılmasına razılaşması barədə bəzi şərhlərə də aiddir - belə bir şey heç vaxt olmayıb", - deyə o vurğulayıb.
Paşinyan qeyd edib ki, Ermənistanın öhdəlikləri birmənalıdır: öz ərazisində yüklərin, nəqliyyat vasitələrinin, insanların təhlükəsizliyini təmin etmək və hazırda bunu da edirlər.
O, çıxışında, həmçinin Ermənistan üçün səmərəli nəqliyyat-logistika siyasətinin həyata keçirilməsinin aktuallığını qeyd edib.
"Yüklərin çatdırılma müddətinin azaldılması, Asiya ilə Avropa, Şimal ilə Cənub arasında yeni alternativ kommunikasiyaların axtarışı baxımından Ermənistan hökumətinin "Sülh kəsişməsi" layihəsinə diqqəti bir daha cəlb etmək istəyirəm. Layihənin məqsədi bütün maraqlı dövlətlər arasında ticarət-iqtisadi əlaqələrin inkişafı üçün ən əlverişli şəraitin yaradılması, habelə ölkələrin suverenliyi və yurisdiksiyasına tam hörmət, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında regionda logistika potensialının əhəmiyyətli dərəcədə artırılmasıdır", - deyə Paşinyan bildirib.
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO










