Ermənistan ordusunun təxribatına CAVAB: İki hərbçiləri ölüb, biri yaralanıb

Azərbaycan-Ermənistan şərti sərhədində qarşı tərəfin törətdiyi təxribata cavab olaraq Ordumuz tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin iki hərbçisi ölüb, bir nəfər yaralanıb. Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Ancaq ölən hərbçilərin məlumatları, eləcə də yaralı hərbçinin səhhəti barədə məlumat verilməyib.
Qeyd edək ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Zərbə nəticəsində iki hərbi qulluqçumuz yaralanıb. Bundan öncə isə erməni təxribatı nəticəsində hərbi qulluqçumuz Məhəmməd Ramiz oğlu Tağıyev yaralanıb.
Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür.
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu
Görünüş məsafəsi 500 metrədək məhdudlaşır - Sürücülərin diqqətinə!










