Ermənistan təxribatlara hazırlaşır - VİDEOLAR

Bu gün Ermənistan ərazisindəki Avropa İttifaqının “müşahidəçiləri” yenidən Azərbaycanla sərhədə gəliblər.
Avtosfer.az xəbər verir ki, bununla bağlı “Ordu.az”a yeni görüntülər daxil olub.
Məlum olub ki, səhər saatlarında Laçın rayonunun Fətəlipəyə kəndi ilə sərhədə, Gorus rayonu Kornidzor kəndi ərazisində yerləşən yolun üzərinə, Gorus rayonu Kornidzor kəndi istiqamətindən Aİ-yə məxsus 2 ədəd “Toyota” markalı minik avtomobili və Ermənistana məxsus 1 ədəd “Niva”, 1 ədəd “Uaz Patriot” markalı minik avtomobilləri gəlib.
Avtomobillərdən 6 nəfər Aİ “müşahidəçisi” və bir nəfər erməni hərbi qulluqçu düşüb, Azərbaycanın ərazilərini müşahidə cihazı ilə 2 saata yaxın müşahidə ediblər. Sonra Kornidzor kəndi istiqamətinə qayıdıblar.
Saat 13 radələrində isə artıq Zəngilan rayonu ilə sərhəddə 2 ədəd Avropa İttifaqına məxsus “Toyota” markalı avtomobil və 1 ədəd “Uaz Hunter” markalı avtomobil peyda olub. Qeyd olunan avtomobillərdən ümumilikdə 5 nəfər Avropa İttifaqı “müşahidəçisi” və 1 nəfər erməni hərbi qulluqçu enib, gündüz görmə cihazı vasitəsilə bizim istiqamətləri müşahidə ediblər.
Qeyd edək ki, ötən gün mətbuatda Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına üzərində Fransa bayrağı dalğalanan avtomobildə “müşahidəçilər”in gətirilməsinə dair video yayılmışdı. Həmin şəxslərin Fransanın kəşfiyyat orqanlarının əməkdaşları olduğu istisna edilmir. Görünür, Fransa artıq Aİ adı altında maskalanmadan kəşfiyyat orqanlarının əməkdaşlarını açıq şəkildə öz bayrağı altında Azərbaycanla sərhədə yerləşdirməyə başlayıb. Bu, Ermənistanda revanşist qüvvələrə dəstək verən və yeni müharibəyə sövq edən Fransanın regionda sülh prosesinə zərbə vurmaq istiqamətində atdığı növbəti addımdır.
"Bakıda tramvaylara ehtiyac var" - EKSPERT
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - FOTO
Bakı-Sumqayıt yolunda hər gün tıxacda qalanları SEVİNDİRƏCƏK XƏBƏR
Taksi qiymətləri kəskin artacaq: 50 manat cərimə, ərazi qadağaları...
Bu icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
Bakı və ətraf ərazilərdə nəqliyyatın inkişafına strateji baxış
Parklanmanız üçün bir tətbiq - “AzParking”
Tramvay Bakının nəqliyyat yükünü azalda biləcəkmi? - AÇIQLAMA
Tramvay xətlərinin çəkilməsi tıxac problemini həll edəcək? - AÇIQLAMA
Ölkənin ən gənc generalı Elxan Məmmədovun oğlu imiş
Bakı sakinlərini sevindirəcək xəbər - 64 milyonluq yeni layihə











