Ermənistan Türkiyə ilə sərhəddə gömrük postunu hazır vəziyyətdə saxlayır

Ermənistan Dövlət Gəlirləri Komitəsinin nümayəndələri mütəmadi olaraq Ermənistan-Türkiyə sərhədinə baş çəkir və “Marqara” nəzarət-buraxılış məntəqəsini (NBM) hər an işə düşmək üçün hazır vəziyyətdə saxlayırlar. Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, bunu Komitə sədri Eduard Akopyan 2025-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
E. Akopyan vurğulayıb ki, sərhədlərin açılacağı təqdirdə gömrük orqanları sərnişin və yük axınına ciddi nəzarət edəcək:
"Sərhəd açılarsa, komitə sərnişin və mal dövriyyəsini izləyəcək, zərurət yaranarsa, keçid məntəqəsinin buraxılış qabiliyyətinin artırılması istiqamətində işlər aparacaq".
Türkiyə tərəfindəki hazırlıqlarla bağlı sualları cavablandıran komitə rəhbəri qarşı tərəfdə də fəallığın müşahidə edildiyini təsdiqləyib:
"Türkiyə tərəfində görülən işlərə gəlincə, biz orada müəyyən aktivlik görürük, lakin bu barədə məlumatımız sizin bildiyiniz qədərdir. Biz açılışla bağlı qərar verilən kimi fəaliyyətə başlamağa hazırıq".
Qeyd edək ki, son günlər Türkiyə KİV-ləri də sərhəddəki keçid məntəqəsinin açılışı üçün hazırlıq işlərinin gücləndirildiyi barədə məlumatlar yayıb. Ermənistan tərəfi isə artıq "Marqara" postunda infrastrukturun yenidən qurulmasını başa çatdırıb.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












