“Ermənistan üzərində təhlükəli oyunlar oynanılır” – POLİTOLOQ İRƏVANLA VAŞİNQTON ARASINDAKI SAZİŞDƏN DANIŞDI

ABŞ gələn həftə sərhədin qorunması və möhkəmləndirilməsi istiqamətində birgə iş aparmaq üçün Ermənistana xüsusi qrup göndərəcək.
Avtosfer.az xəbər verir ki, ötən gün Vaşinqtonda, ABŞ Dövlət Departamentinin binasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzalanıb. Sazişin imzalanmasından əvvəl mətbuat qarşısında çıxış edən ABŞ dövlət katibi Blinken bu sazişin iki ölkə arasındakı münasibətlərin yeni mərhələsinə yol açdığını vurğuladı.
“Bu saziş həm ölkələrimiz, həm də region üçün faydalıdır. İmzaladığımız strateji tərəfdaşlıq sazişi daha möhkəm, daha dinc, daha müstəqil bir Cənubi Qafqaza töhfə verəcək” – deyə, Blinken bildirib.
Bəs Ermənistanın ABŞ ilə yeni sazişi hansı məqsədlərə xidmət edəcək? Bu saziş Ermənistanın supergücün aləti olması kimi qiymətləndirilə bilərmi?
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Avtosfer.az-a açıqlamasında bildirib ki, bu sazişin ABŞ dövləti tərəfindən imzalanması vacib bir məqamı ortaya qoyur:

“Tramp hakimiyyətə gəldikdən sonra, hesab edirəm ki, demokratların bir çox aldığı qərarları mübahisələndirəcək. Ermənistan tərəfi qeyd edir ki, Tramp administrasiyası bu sazişin davam etdirilməsi ilə bağlı mütərəqqi müzakirələr aparıb. Amma istənilən halda, Bayden dövründə atılan yalnış addımların bütünlükdə ABŞ üçün təhlükəli nəticələr doğurduğunu artıq bütün dünya anlayır”.
Politoloq əlavə olaraq bildirib ki, bu sazişin Tramp hakimiyyəti dövründə işlək olmaması ehtimalı da düşünülə bilər:
“Ermənistanın hansı potensialı var ki, ABŞ-a ciddi töhfə verə bilsin?! Özünə xeyri olmayan bir ölkənin, ABŞ-a töhfə verə biləcəyini düşünmək sadəlövh yanaşmadır”.

Tural İsmayılovun sözlərinə görə, ABŞ sadəcə Ermənistan ərazilərini Qərb kəşfiyyatı üçün bir platforma kimi istifadə etməyi düşünür:
“Bu gün Ermənistan üzərində təhlükəli oyunlar oynanılır. Belə bir sazişlə Ermənistan sözdə mükafatlandırılsa da, əslində, məqsəd ABŞ-ın maraqlarına xidmət edir”.
Eltac Zülfüqaroğlu
Bakıya ilin ilk qarı yağır - VİDEO
TRIPP layihəsi ilə yeni nəqliyyat dəhlizi yaradacağıq - Prezident
Vəziyyəti nəzarət altına alsaq, o zaman xalqların uğur qazanması mümkündür - İlham Əliyev
"Changan"dan maşın alan vətəndaş 8 gün sonra problemlə üzləşdi: “Pulu qaytarmırlar, problemi həll etmirlər" - VİDEO
Sülh üçün öhdəlik götürülərsə, qısa zaman kəsiyində iki ölkə sülhə nail ola bilir - Prezident İlham Əliyev
Taksi kartı haradan alınıbsa, sürücü yalnız orada işləyəcək? - AÇIQLAMA - VİDEO
"Geomaqnit qasırğası müşahidə olunur" - Astrofizika kafedrası
Yeni yol inşa olunacaq - Beynəlxalq tender elan olundu
Zəngilan polisi şəhidlərin xatirəsini yad etdi - FOTO - VİDEO
Sükut dəqiqəsi...
Prezident Şəhidlər xiyabanını ziyarətlə bağlı videoçarx paylaşdı - VİDEO











