Ermənistanı qarışdıran azərbaycanlılar kimlərdir? - VİDEO

İki azərbaycanlının Ermənistanda sərbəst gəzməsi, Şirak bölgəsinə, Gümrüyə, daha sonra Amasiyaya getməsi və videoçəkiliş aparması ermənilər arasında təşviş dolu müzakirələrə səbəb olub.
Avtosfer.az Publika.az-a istinadla xəbər verir ki, videoçəkiliş aparan azərbaycanlılar əslən Amasiyadan olduqlarını, burada babalarının evlərinin olduğunu bildirirlər. Qeyd ediblər ki, tezliklə öz yurdlarına qayıdacaqlar. Onlar Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın nəslindəndir.
Azərbaycanlılar Amasiyada erməni patrullarla da söhbət edir. Yerli sakinlər azərbaycanlıları gördüklərini, lakin onların kim olduğunu bilmədiklərini deyir. Şahidlərin sözlərinə görə, azərbaycanlılar bir neçə gün kəndləri gəzib, yeyib-içiblər.
“Hraparak” nəşri iddia edir ki, heç bir patrul, yaxud digər hüquq-mühafizə orqanları azərbaycanlıların kimliyini müəyyən etmək və ya səfərlərinin məqsədini aydınlaşdırmaqla bağlı heç bir tədbir görməyib.
Erməni sakinlər nəşrə danışaraq iddia ediblər ki, azərbaycanlılar tezliklə dədə-baba yurdlarına qayıdacaqlarını bildiriblər.
Ermənistan Daxili İşlər nazirliyi və Milli Təhlükəsizlik Xidmətinin məsələ ilə bağlı açıqlama verməməsi də ermənilər arasında əsas müzakirə mövzularından biridir.
Amasiya meri Cemma Harutyunyan isə bildirib ki, Milli Təhlükəsizlik Xidməti hər şeyi nəzarət altında saxlayır.
“İki azərbaycanlı Rusiya vətəndaşıdır, onların avtomobillərində Rusiya nömrə nişanları olub. Buna görə də polis Rusiya vətəndaşına qarşı heç bir tədbir görməyib. Həmin azərbaycanlılar sakinlərlə söhbət etməyib, sadəcə əraziyə baxıb, foto çəkib və gediblər. Həmin azərbaycanlılar Gümrüdə də olublar, restorana gediblər, sonra Amasiyaya gəliblər”, - Amasiyanın meri qeyd edib.
Azərbaycanlıların Ermənistana səfəri əslində öz dədə-baba yurdlarına baş çəkməsidir.
Bu yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Azərbaycanda elektron siqaretlərlə bağlı yeni cərimələr
Kremlin Cənubi Qafqazda gücü zəifləyir; ABŞ region ölkələri ilə əməkdaşlığı artırır - POLİTOLOQ
Bakı metrosunda pik saatlarda YENƏ PROBLEM: Qatarda nasazlıq yarandı, interval xeyli artdı
Binəqədidə kanalizasiya suyu yola axdı; qurum hərəkətə keçdi - FOTO
Ramazan ayının ikinci gününün duası - İmsak və iftar vaxtı
Prezidentin təhlükəsizlik xidməti və ABŞ polisi təxribatın qarşısını belə aldı - VİDEO
Prezident Sülh Şurasının ilk iclasında iştirak edib - FOTOLAR
Kabusa çevrilən yolda ağır qəzaların səbəbi nədir? - DYP-dən AÇIQLAMA - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev - indi bu adı deməyi sevirəm - Donald Tramp - VİDEO
Martda 18 qeyri-iş gününün olması əhaliyə necə təsir edəcək? – SORĞU - VİDEO









