Ermənistanın 3 hərbçisi öldürüldü, general yaralandı - Döyüş xəbəri yayıldı

Ermənistan Müdafiə Nazirliyi iddia edir ki, bu gün səhər saatlarında Azərbaycanla sərhəddə, Tavuş vilayətinin Çinari kəndi istiqamətində Azərbaycan ordusunun “diversiya həmləsi” qeydə alınıb və döyüş başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyanın az əvvəl özünün Facebook səhifəsində yazdığına görə döyüş hələ də davam edir, tərəflər snayper silahlarından və qumbaraatanlardan istifadə edir. Azərbaycan Müdafiə Nazirliyi isə Ermənistanla sərhədin həmin istiqamətində xüsusi gərginlik barədə məlumat yaymayıb. Bununla belə nazirliyin atəşkəsin pozulmasına dair bu günə olan xronikasına əsasən düşmən ordusu İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Köhnəqışlaq kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndlərində yerləşən mövqelərimizi atəşə tutub. Düşmənə qarşı cavab tədbirləri görülüb.
Ermənistan ordusunun Azərbaycanla sərhədin qərb istiqamətinə cavabdeh olan 3-cu ordu korpusunun komandiri, polkovnik Ayk Petrosyan jurnalistlərə bildirib ki, atışmaya baxmayaraq Çinari kəndində situasiya sakitdir, əhali arasında panika yaranmayıb. Bu arada səhər saat 07.30 radələrində Ermənistan silahlı qüvvələri Baş qərargahının rəis müavini, general-leytenant Enriko Hapriamovun avtomobili Azərbaycanla sərhəddəki döyüş mövqelərindən birinə gedərkən qəzaya düşüb.
Ermənistan KİV-lərinin məlumatına görə general və sürücüsü yaralanıb, onlar hərbi hospitala aparılıb. Lakin həyatları üçün təhlükə yoxdur. Müdafiə Nazirliyinin rəsmisi Artsurun Ovanisyan məlumatı təsdiqləyib. Məlumata Hapriamov Ermənistan parlamentinin spikeri Qalust Saakyanla birlikdə hərbçilərlə görüşmək üçün döyüş mövqelərinə gedirdi.
Ermənistan Müdafiə Nazirliyi bu gün səhər Azərbaycanla sərhəddə, Çinari kəndi yaxınlığında gedən döyüşlər zamanı 3 erməni hərbçisinin öldürüldüyünü təsdiqləyib. Bunlar sıravi əsgərlər Narayan və Abovyan, baş leytenant Melikyandır. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Rusiyanın TASS agentliyinə bildirib ki, sərhəddə döyüşlərin getdiyi barədə informasiyaya malik deyil: “Bu barədə hər hansı rəsmi məlumat yoxdur. Əgər məlumat olsa Müdafiə Nazirliyi rəsmi kanallarla yayacaq".(virtualaz.org)
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO












